«ABB-Moskva»nın Sankt-Peterburq filialı son bir ildə aktivlərini 20% artırıb
08 iyun 2012 08:32 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə bankı olan «ABB-Moskva»nın Sankt-Peterburq filialının aktivləri son bir il ərzində 20% artaraq 2012-ci ilin I rübün sonuna 2 564,7 mln. rubla (69,3 mln. manat) çatıb.
Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, hesabat rübünün sonuna filialın kredit portfeli 2 065,1 mln. rubl (55,8 mln. manat) təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 22,3% çoxdur.
Filialın depozit portfeli son bir ildə 21,1% artaraq 512,2 mln. rubl (13,8 mln. manat) təşkil edib. Hesabat dövrü ərzində 249 yeni müştəri - hüquqi şəxs filiala cəlb olunub. Filialın hüquqi şəxs olan müştərilərinin sayı hazırda 850-yə bərabərdir. Aprelin 1-nə filialın 13 bankomatı və 110 POS-terminalı olub.
Qeyd edək ki, «ABB-Moskva»nın Sankt-Peterburq filialı 2003-cü ildə açılıb.

Maliyyə
Azərbaycana 8 ildə 6 mindən çox elektrik mühərrikli nəqliyyat vasitəsi gətirilib
13:29
9 sentyabr 2024
“Rabitəbank” AİB-in “Leading Partner Bank in Azerbaijan” nominasiyasının qalibi olub
12:45
9 sentyabr 2024
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
11:37
9 sentyabr 2024
Bu günün valyuta məzənnələri
09:09
9 sentyabr 2024