Qırğızıstan, Moldova və Qazaxıstan vergi sahəsində Azərbaycan təcrübəsindən istifadə edəcək

Qırğızıstan, Moldova və Qazaxıstan vergi sahəsində Azərbaycan təcrübəsindən istifadə edəcək
# 08 iyun 2012 11:35 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-ECONOMICS. Bir sıra MDB ölkələri öz vergi sistemlərinin işini təkmilləşdirmək üçün Azərbaycanın vergi sahəsində sahədə qazandığı təcrübədən istifadə etmək niyyətindədir. “APA-ECONOMICS”in məlumatına görə, bu barədə Azərbaycanın vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib.

Qeyd edək ki, Bakıda keçirilən MDB-yə üzv dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının 19-cu iclasında vergi qurumlarının son bir il ərzində topladığı təcrübələr də geniş müzakirə olunub. Azərbaycanın bu sahədə qazandığı təcrübə və əldə etdiyi nəticələr tədbir təşkilatçılarını xüsusilə maraqlandırıb.

S. Ələkbərovun sözlərinə görə, bu məsələlərə elektron xidmətlərin spektrinin genişləndirilməsi və vergilərin toplanması səviyyəsinin artması aiddir. Bundan başqa, Azərbaycanın bir qədər əvvəl tətbiq etdiyi və vergi yığımlarında ciddi nəticələrə səbəb olmuş ƏDV üzrə depozit hesabların tətbiqi bir sıra ölkələrin marağına səbəb olub və həmin ölkələr bu təcrübədən istifadə etmək niyyətindədir.

Artıq Qırğızıstan, Moldova və Qazaxıstanının vergi xidmətləri bununla bağlı Azərbaycan tərəfinə müraciət ediblər: “İyunun 7-də biz onlar üçün nazirlikdə geniş təqdimat keçirdik və ƏDV üzrə depozit hesabı və digər məsələlərlə bağlı ətraflı fikir mübadiləsi apardıq», - deyə S.Ələkbərov bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR