İspaniya banklarına 100 mlrd. avro yardım ayrıla bilər

İspaniya banklarına 100 mlrd. avro yardım ayrıla bilər
# 11 iyun 2012 08:15 (UTC +04:00)
Bakı - APA-Economics. İspaniyanın bank sektorunun sabitləşdirilməsi üçün ayrılacaq maliyyə yardımı 100 mlrd. avro təşkil edə bilər. “APA-Economics”in “Reuters”ə istinadən xəbərin görə, bu barədə Avropa Qrupunun rəsmi açıqlamasında bildirilir.

Qeyd olunur ki, göstərilən məbləğ kapitala olan tələbatı ödəyə və əlavə sığorta marjasını təmin edə bilər.

Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, bank sektorunun maliyyələşdirilməsi üçün rəsmi Madridə 40-80 mlrd. avro vəsait lazım ola bilər. İspaniyanın iqtisadiyyat naziri Luis de Qindos isə maliyyə yardımını olduqca əlverişli şərtlərlə alacaqlarını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR