Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumatına görə, əvvəlki illərdə olduğu kimi 2012-ci ilin yanvar-mart aylarında xarici iqtisadi əməliyyatlar neft-qaz sektoru üzrə müsbət saldoya, qeyri-neft sektoru üzrə isə mənfi saldoya malik olub. Neft-qaz sektoru üzrə ümumi daxilolmalar neftin və təbii qazın ixracı və bu sektora cəlb edilən xarici kapitalın hesabına formalaşır. Bu sektor üzrə ödənişlər isə mənfəətin və investisiyaların repatriasiyası, avadanlıqların və xidmətlərin idxalını əks etdirir. Ümumi nəticədə 2012-ci ilin yanvar-mart aylarında neft-qaz sektoru üzrə yaranmış ümumi müsbət saldo 6,5 mlrd. dollar olub.
Ötən rüb ərzində cari əməliyyatlar hesabına 4,6 mlrd. dollarlıq profisit yaranıb. Neft-qaz sektorunun profisiti qeyri-neft sektoru üzrə cari hesabın 2,0 mlrd. dollarlıq kəsirini tam örtüb.
Tədiyyə balansının əsas göstəriciləri
(mln. dollar)
| 2011-ci il, I rüb | 2012-ci il, I rüb |
I.Cari əməliyyatlar II.Kapitalın və maliyyənin III.Tədiyə balansının | ||
Hesabat dövrü ərzində xarici ticarət dövriyyəsi 11,1 mlrd. dollar təşkil edib və, göründüyü kimi, xarici ticarət balansı 6,8 mlrd. dollarlıq müsbət saldo ilə nəticələnib. Bu müddət ərzində Azərbaycan dünyanın 122 dövləti ilə ticarət əlaqələri üzrə əməliyyatlar aparıb. Xarici ticarətin 7,3%-i MDB ölkələri, 92,7%-i isə digər xarici dövlətlərin payına düşüb.
Tədiyyə balansına əsasən, hesabat dövründə əmtəə ixracı 9,0 mlrd. dollar təşkil edib. İxrac olunmuş malların strukturunda neft-qaz məhsullarının payı 96,0% olub. Xarici dövlətlərə 8,3 mlrd. dollarlıq neft məhsulları ixrac olunub, ixrac olunmuş neft məhsullarının 416,9 mln. dolları neft emalı məhsullarının, 7,8 mlrd. dolları isə xam neftin ixracının payına düşüb. İxrac olunmuş xam neftin 7,4 mlrd. dolları Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən hasil olunmuş neftin ümumi dəyəridir. İxrac olunmuş ümumi xam neftin 423,5 mln. dolları isə digər müəssisələr tərəfindən xaricə göndərilib ki, bunun da 37,9 mln. dolları «Şahdəniz» yatağından hasil edilmiş kondensatın, 385,6 mln. dolları isə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) payına düşüb.
Qeyd edək ki, 2012-ci ilin yanvar-mart aylarında ölkənin qeyri-neft ixracı 1,4% artaraq 351,5 mln. dollara çatıb.
(mln. dollar)
İXRACIN STRUKTURU | ||
|
I rüb 2011-ci il |
I rüb 2012-ci il |
Yanacaq-xammal məhsulları | 8 330,5 | 8 770,1 |
- neft-qaz məhsulları | 8 199,6 | 8 618,5 |
-digər xammal | 130,9 | 151,6 |
Maşın və avadanlıq | 45,6 | 28,3 |
İstehlak malları | 167,6 | 167,7 |
Digər mallar | 2,4 | 3,9 |
İxrac, cəmi | 8 546,1 | 8 970,0 |
Hesabat dövründə Azərbaycanın əmtəə idxalının ümumi dəyəri 2,2 mlrd. dollar təşkil edib. İstehlak mallarının idxalının ümumi dəyəri 899,7 mln. dollar olub ki, bunun da 301,1 mln. dolları ərzaq məhsullarının payına düşüb:
(mln. dollar)
İDXALIN STRUKTURU | ||
|
I rüb 2011-ci il |
I rüb 2012-ci il |
İstehlak malları | 791,3 | 899,7 |
- ərzaq məhsulları | 317,9 | 301,1 |
- qeyri-ərzaq məhsulları | 473,4 | 598,6 |
İnvestisiya yönümlü mallar | 142,4 | 163,5 |
Digər mallar | 1 58,2 | 1 090,3 |
İdxal, cəmi | 1 991,9 | 2 153,5 |
Mərkəzi Bankın hesablamalarına görə, idxalın strukturunda xüsusi çəkisi 7,6% təşkil edən xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların 88,4%-ni beynəlxalq neft-qaz kontraktları çərçivəsində istifadə olunmuş investisiyalar hesabına idxal edilən mallar təşkil edib. Bundan başqa, ölkəyə ümumi məbləği 1 090,3 mln. dollar olan istehsal təyinatlı maşın-avadanlıqlar, kimya, qara və əlvan metal məhsulları gətirilib.