Proqnoz: Azərbaycanda bu il iqtisadi artım 3%-i keçəcək
13 iyun 2012 07:23 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda iqtisadi artım tempi 2012-ci il üçün 3,1% səviyyəsində proqnozlaşdırılır. «APA-Economics»in məlumatına görə, bu barədə Dünya Bankının yeni iqtisadi icmalında bildirilir.
Eyni zamanda, 2013-cü ildə Azərbaycanda iqtisadi artımın 3,5%, 2014-cü ildə isə 4,5% səviyyəsində olacağı proqnozlaşdırılır.
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda iqtisadi artım tempi cəmi 0,3%-ə bərabər olub. Beləliklə, iqtisadi artımın proqnozlaşdırılan səviyyəyə çatması üçün ölkədə ya neft sektorunda son aylarda müşahidə olunan geriləmə müsbət dinamikaya dəyişməli, ya da qeyri-neft sektorunda artım tempi kəskin artmalıdır.
Xatırladaq ki, yanvar-aprel ayları ərzində neft-qaz sektorunda 6,4%-lik azalma, qeyri-neft sektorunda isə 9,5%-lik artım müşahidə olunub. Eyni zamanda, qeyri-neft sektorunun ÜDM-də payı 42,5%-ə bərabərdir və bu göstərici artacağı halda hazırda müşahidə olunan artım tempinin proqnozlaşdırılan səviyyəyə çatmasına imkan yarana bilər.

Maliyyə
Rabitəbank Qurban bayramı ərəfəsində şəhid və qazi ailələrinə dəstək olub
17:49
15 iyun 2024
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
10:34
15 iyun 2024
Kapital Bank istiqrazlarının 2-ci tranşının abunə yazılışına start verilib
17:47
14 iyun 2024
Accessbank istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
16:01
14 iyun 2024