Mayda ABŞ-ın büdcə kəsiri 125 mlrd. dollara çatıb

Mayda ABŞ-ın büdcə kəsiri 125 mlrd. dollara çatıb
# 13 iyun 2012 07:53 (UTC +04:00)
Bakı – APA-Economics. Bu ilin may ayında ABŞ federal büdcəsinin kəsiri illik müqayisədə 2,2 dəfə artaraq 57,6 mlrd. dollardan 124,64 mlrd. dollara yüksəlib.

APA-Economics”in xəbərinə görə, bu barədə ABŞ Maliyyə Nazirliyi açıqlama yayıb. Sözügedən göstərici analitiklərin proqnozu (125 mlrd. dollar) ilə üst-üstə düşüb.

Hesabat dövründə büdcənin gəlirləri 160 mlrd. dollar, xərcləri 305 mlrd. dollar təşkil edib. Bu zaman hökumət 2006-cı ildən bəri rekord həcmdə vergi yığıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR