Bank Of Baku

«Azərbaycan Dəmir Yolları»na beynəlxalq reytinq verilib

«Azərbaycan Dəmir Yolları»na beynəlxalq reytinq verilib
# 20 iyun 2012 07:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Fitch Ratings» beynəlxalq reytinq agentliyi «Azərbaycan Dəmir Yolları» QSC-yə «BBB-» səviyyəsində «sabit» proqnozlu reytinq verib. «APA-Economics»in məlumatına görə, reytinq Azərbaycanın reytinqi səviyyəsindədir və bu, dövlətin QSC-də 100%-lik paya malik olması ilə əlaqəlidir.

Agentliyin məlumatında deyilir ki, reytinq şirkətin ölkə iqtisadiyyatı üçün, neft və neft məhsullarının ixracı, müxtəlif yüklərin tranziti sahəsində strateji əhəmiyyətini nəzərə alır. Agentlik gözləyir ki, şirkət yaxın gələcəkdə də dövlətin mülkiyyətində qalacaq. Agentliyin məlumatına görə, QSC-nin ümumi borcu 227 mln. manata bərabərdir ki, bu da kiçik rəqəm kimi qiymətləndirilir.

Şirkətin reytinqini ölkə reytinqinə bərabər səviyyədə verilməsi həmçinin hökumət tərəfindən şirkətə maliyyə dəstəyini nəzərdə tutur. Agentliyin məlumatına görə, 2012-2016-ci illərdə QSC-nin inkişafına dövlət büdcəsindən 1,3 mlrd. dollar və dövlət təminatlı kreditlər üzrə 450 mln. dollar və 287 mln. avro məbləğində vəsaitlər ayrılacaq. Qeyd edək ki, agentlik QSC-nin kredit qabiliyyətini yüksək qiymətləndirir ki, bu da ilk növbədə şirkətin inhisarçılıq mövqeyi ilə bağlıdır.

Lakin «Fitch» bildirir ki, Azərbaycanın reytinqi bir pillə artırılsa belə QSC-nin reytinqi dəyişməz qalacaq. Eyni zamanda ölkə reytinqi üzrə hər hansı mənfi dəyişikliklər baş verərsə, həmin addımlar «Azərbaycan Dəmir Yolları»nın reytinqi üzrə də aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR