IPI indeksi hesabat ayında istehsal olunmuş sənaye məhsul və xidmətlərin pul ifadəsində həcminin əvvəlki ayın eyni göstəricisinə olan və faizlə ifadə olunan nisbətidir. Belə ki, indeks may ayında istehsal edilmiş məhsulun dəyəri (2,739 mlrd. manat) aprel ayında istehsal edilmiş məhsulun dəyərinə (2,900 mlrd. manat) bölünməklə hesablanıb. Eyni zamanda, artıma baxmayaraq indeksin 100%-dən aşağı olması may ayında sənaye istehsalında aylıq müqayisədə azalmanı əks etdirir. Ümumiyyətlə, cədvəldən göründüyü kimi, indeksin dalğavari dinamikası müşahidə olunur ki, bu da sənaye istehsalında qeyri-sabitliyin göstəricisidir.