Bank Of Baku

«Dəmirbank»ın aktivləri son bir ildə 18% artıb

«Dəmirbank»ın aktivləri son bir ildə 18% artıb
# 21 iyun 2012 13:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Dəmirbank» ASC-nın aktivləri 2012-ci il iyunun 1-nə 372,6 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 18,1% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, müştərilərə verilən kreditlərin həcmi son bir ildə 16,3% artaraq 275,4 mln. manata çatıb.

Bankda yerləşdirilən müştəri depozitlərinin həcmi iyunun 1-nə 143,4 mln. manat olub. O cümlədən, əhalinin əmanətləri 115,7 mln. manat təşkil edib ki, ötən ilin iyunun əvvəlinə nisbətən bu göstərici 26,3% artıb.

Bankın nizamnamə kapitalı iyunun 1-nə 21 mln. manat, məcmu kapitalı isə 52,7 mln. manat olub.

Qeyd edək ki, «Dəmirbank» 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR