«Azərsığorta» şirkətinin ASC-yə çevrilməsi prosesi yekunlaşır

«Azərsığorta» şirkətinin ASC-yə çevrilməsi prosesi yekunlaşır
# 21 iyun 2012 14:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkətinin hüquqi statusunun ASC-yə dəyişməsi ilə bağlı müvafiq sənədlər Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarətin Xidmətinə təqdim olunub. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin Hüquq Departamentinin direktoru Əfqan Mirzəyev bildirib.

Ə.Mirzəyevin sözlərinə görə, şirkətin statusunun dəyişdirilməsi ilə bağlı zəruri sənədlərin hazırlanması və Nazirliyə təqdim edilməsi işləri artıq başa çatdırılıb: «Status məsələsinin həlli üçün müəyyən prosedura qaydalarının icrası tələb edilir. Hazırda şirkətin statusunun dəyişməsi ilə bağlı müvafiq dövlət qurumlarında müzakirələr aparılır».

Qeyd edək ki, işlərin ləngiməsinin əsas səbəbi şirkətin səhmdar kapitalında dövlətin iştirak payının olması ilə bağlıdır.

Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin icbari qaydada ASC-yə çevrilməsi tələbi 2008-ci ilin mart ayında qəbul edilmiş «Sığorta fəaliyyəti haqqında» qanuna əsaslanır. Hazırda Azərbaycanda «Azərsığorta» istisna olmaqla 27 sığorta şirkəti ASC statusu ilə fəaliyyət göstərir.

«Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin iyunun 1-nə şirkətin nizamnamə kapitalı 4,5 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR