Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankının 20 illiyi ilə bağlı beynəlxalq futbol turnirinə start verilib

Azərbaycan Beynəlxalq Bankının 20 illiyi ilə bağlı beynəlxalq futbol turnirinə start verilib
# 25 iyun 2012 16:54 (UTC +04:00)
Bakı – APA-Economics. Bu gün Bakıda Azərbaycan Beynəlxalq Bankının (ABB) yaradılmasının 20 illiyinə həsr olunmuş yeniyetmələr arasında I beynəlxalq futbol turnirinə start verilib.

APA-Economics”in xəbərinə görə, turnirin açılış mərasimində çıxış edən ABB İdarə Heyətinin sədri Cahangir Hacıyev bildirib ki, bankın 20 illik yubileyi münasibətilə bir neçə tədbir keçirilir: “Bu tədbirlərdən biri də yeniyetmələr arasında beynəlxalq futbol turniridir. Turnir AFFA və Bakı Futbol Federasiyasının təşkilati və texniki dəstəyi, “İnter” PFK-nın təşkilati dəstəyi və ABB-nin sponsorluğu ilə keçirilir. Bu il turnir məhdud sayda klubların iştirakı ilə keçirilsə də, bir çox klublar tərəfindən böyük maraq göstərildiyi nəzərə alınaraq yarışmanı ənənəvi olaraq hər il keçirmək və orada iştirak edən klubların sayını artırmaq qərara alınıb”.

C.Hacıyev qeyd edib ki, turnirdə Azərbaycan da daxil olmaqla dünyanın 8 ölkəsindən peşəkar futbol klublarının uşaq komandaları (13-14 yaş) iştirak edəcək. Azərbaycanı “İnter” klubunun uşaq komandasının təmsil edəcəyi turnirə həmçinin «Rubin» (Rusiya), «Karpatı» (Ukrayna), «Kotkas» (Estoniya), «Samsunspor» (Turkiyə), «Dinamo Tbilisi» (Gürcüstan), «Slaviya» (Bolqarıstan) və «Brommapojkarna» (İsveç) klubları qatılacaq.

Oyunlar aşağıdakı qrafik üzrə keçiriləcək:

A Qrupu
I tur, 25 iyun
10:00 – FK «Slaviya» – FK «Karpatı»
11:00 – FK «Dinamo Tbilisi» - FK «Samsunspor»

II tur, 26 iyun
18:30 - FK «Slaviya» – FK «Dinamo Tbilisi»
19:30 - FK «Karpatı» - FK «Samsunspor»

III tur, 27 iyun
10:00 - FK «Dinamo Tbilisi» - FK «Karpatı»
11:00 - FK «Samsunspor» - FK «Slaviya»

B Qrupu
I tur, 25 iyun
18:45 – FK «Brommapojkarna» – FK «İnter Baku»
19:45 – FK «Rubin» - FK «Kotkas»

II tur, 26 iyun
10:00 - FK «Rubin» – FK «Brommapojkarna»
11:00 - FK «Kotkas» - FK «İnter»

III tur, 27 iyun
18:30 - FK «İnter» - FK «Rubin»
19:30 - FK «Kotkas» - FK «Brommapojkarna»

29 iyun
10:00 – 7-8-ci yer uğrunda oyun
11:00 – 5-6-cı yer uğrunda oyun

18:30 – yarımfinal

30 iyun
10:00 – 3-4-cü yer uğrunda oyun
11:00 – Final
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR