Azərbaycan Beynəlxalq Bankının xaricdən cəlb etdiyi vəsaitlər 1 mlrd. dolları ötüb

Azərbaycan Beynəlxalq Bankının xaricdən cəlb etdiyi vəsaitlər 1 mlrd. dolları ötüb
# 26 iyun 2012 10:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) xaricdən cəlb etdiyi vəsaitlərin həcmi bu günə 1 mlrd. ABŞ dolları ötüb. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev bildirib.

C. Hacıyevin sözlərinə görə, cəlb edilən vəsaitlər sırasında subardinasiya olunmuş, həmçinin sindikatlaşdırılmış və digər kredit məhsulları mövcuddur.

C. Hacıyev bildirib ki, cəlb edilən kreditlər uzunmüddətli və qısamüddətli olmaqla
ölkədə iqtisadiyyatın müxtəlif sahələrinə realizə olunur.

Xatırladaq ki, Azərbaycanın ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR