Azərbaycanın daha bir şirkəti icbari sığorta növləri üçün icazə alıb

Azərbaycanın daha bir şirkəti icbari sığorta növləri üçün icazə alıb
# 27 iyun 2012 09:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Sənaye Sığorta» şirkəti icbari sığorta növləri üzrə xidmət göstərməsinə dair ilkin razılıq əldə edib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən «Azərbaycan Sənaye Sığorta» ASC-yə «Daşınmaz əmlakın icbari sığortası», «Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası», «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» və «Sərnişinlərin icbari sığortası» növləri üzrə fəaliyyət aparmasına ilkin razılıq verilib.

Xatırladaq ki, təsisçiləri «Anadolu İnvestment Kompani» MMC, «Azərbaycan Sənaye Bankı» ASC və «Azərbaycan Sənaye Lizinq» MMC olan «Azərbaycan Sənaye Sığorta» şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Yaxın vaxtlara kimi şirkət «Capital Investment Insurance» («CI Insurance») brendi ilə tanınıb. Şirkətin nizamnamə kapitalı 6 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR