Asiya İnkişaf Bankı Azərbaycana sərmayələrini kəskin artırıb

Asiya İnkişaf Bankı Azərbaycana sərmayələrini kəskin artırıb
# 28 iyun 2012 07:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Asiya İnkişaf Bankı (AİB) tərəfindən Azərbaycanın əsas kapitalına yönəldilmiş investisiyaların həcmi 22 738,2 min manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, AİB tərəfindən yatırılan investisiyanın həcmi 2011-ci ilin analoji dövrünə nisbətən 16 dəfə artıb. Hesabat dövründə xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş xarici investisiyaların həcmində AİB-in sərmayələrinin xüsusi çəkisi 2,2% təşkil edib və bu göstərici ötən ilin analoji dövrünə nisbətən 2 faiz bəndi artıb.

Qeyd edək ki, Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Tərəflər arasında əməkdaşlığa başladığı tarixdən etibarən bu günə kimi avtomobil yollarının tikintisi, kiçik şəhərlərin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması, elektroenergetika, meliorasiya və selə qarşı tədbirlər sahələrini əhatə edən 7 layihə üzrə ümumi məbləği 596,9 mln. ABŞ dolları məbləğində 10 kredit saziş imzalanıb ki, artıq 3 layihənin («Selə Qarşı Tədbirlər», «Şərq-Qərb avtomobil yolunun yenidən qurulması» və «Kiçik şəhərlərdə su-kanalizasiya sistemlərinin yenidən qurulması») icrası başa çatıb, qalan 4 layihənin icrası isə davam etdirilir. Ümumiyyətlə, 2012-ci ilin yanvar ayının 1-nə AİB-in Azərbaycan üçün təsdiq olunmuş kreditlərinin ümumi məbləği 1 094,4 mln. dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR