Nazir müavini Azər Bayramov: «Dünya bazarında neftin ucuzlaşması Azərbaycanın dövlət büdcəsi üçün təhlükə yaratmır»

Nazir müavini Azər Bayramov: «Dünya bazarında neftin ucuzlaşması Azərbaycanın dövlət büdcəsi üçün təhlükə yaratmır»
# 28 iyun 2012 09:21 (UTC +04:00)
Bunu «APA-Economics»ə açıqlamasında maliyyə nazirinin müavini Azər Bayramov bəyan edib.

A.Bayramovun sözlərinə görə, büdcədə neftin baza qiyməti kimi götürülən göstərici (100 dollar/barel) ortaillik qiymətdir. «Hazırda neftin ortaillik qiyməti isə büdcədə nəzərdə tutulmuş səviyyədən aşağı deyil».

Qeyd edək ki, dünya bazarlarında «Azeri Light» markalı neftin 1 barelinin qiyməti 2012-ci ilin əvvəlində 115-120 dollara bərabər olduğu halda, hazırda 100 dollardan aşağıdır. Azərbaycanın 2012-ci il dövlət büdcəsində isə baza qiymət bu yaxınlarda 80 dollardan 100 dollara qədər artırılıb. Həmçinin qeyd olunmalıdır ki, hazırda dünya bazarında neftin qiymətinin hansı istiqamətdə dəyişməsi barədə hər hansı dəqiq proqnoz yoxdur. Bunun əsas səbəbi kimi neftin ucuzlaşmasının dəqiq səbəblərinin məlum olmaması ilə bağlıdır. Belə ki, əsas səbəblər kimi ABŞ-da strateji neft ehtiyatlarının artması, Çində neftə olan tələbatın azalması və OPEC təşkilatı tərəfindən neft hasilatını artırması qeyd edilir və bu amillərin neft bazarına təsirinin nə vaxta qədər davam edəcəyini bilmək çətindir. Buna görə də neftin ucuzlaşması prosesinin davamlı olub-olmasası ilə bağlı dəqiq qəti fikirlər səslənilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR