Bank Of Baku

«NBC Bank» daxili işlər orqanlarının əməkdaşları üçün güzəştli kredit kampaniyası keçirir

«NBC Bank» daxili işlər orqanlarının əməkdaşları üçün güzəştli kredit kampaniyası keçirir
# 02 iyul 2012 10:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «NBC Bank» ASC 2 iyul – Azərbaycan daxili işlər orqanları əməkdaşlarının peşə bayramı (Polis Günü) münasibəti ilə yeni kredit kampaniyasına başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, iyul ayının 1-dən avqust ayının 31-dək daxili işlər orqanlarının əməkdaşları üçün kredit faizləri və bank xərcləri üzrə güzəştlər tətbiq edəcək.

Kampaniya müddətində kredit götürənlərə bank tərəfindən bütün kredit məhsulları üzrə illik faizlərdə 3%, bank xərclərində isə 50% güzəşt tətbiq olunacaq. Bununla yanaşı kreditlər arayışsız olmaqla, xidməti vəsiqə əsasında veriləcək.

Xatırladaq ki, «NBCBank» ASC 1992-ci ilin dekabrından «Ruzi» Kommersiya Bankı adı ilə fəaliyyətə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR