Bank Of Baku

«Atəşgah Həyat» istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə 17 min manat ödəniş edib

«Atəşgah Həyat» istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə 17 min manat ödəniş edib
# 02 iyul 2012 11:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Atəşgah Həyat» Sığorta Şirkəti istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə növbəti iri sığorta ödənişini həyata keçirib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, Bakıda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində quşçuluq müəssisələrindən birinin təchizat üzrə meneceri həlak olub. Bu sığorta hadisəsi ilə bağlı birdəfəlik sığorta ödənişinin məbləği bağlanılmış müqaviləyə uyğun olaraq 17 069 manat təşkil edib. Məbləğ həlak olanın həyat yoldaşı və uşaqlarına təqdim olunub.

Şirkətdən bildirilib ki, «Atəşgah Həyat»a istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə 30-dan artıq sığorta hadisələri ilə bağlı müraciət daxil olub.

Qeyd edək ki, «Atəşgah Həyat» sığorta şirkəti 2009-cu ildə yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR