«Parabank» turistlərə plastik kartlar təklif edir
02 iyul 2012 12:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» ASC səyahət paketi üçün müştərilərə plastik kartlar təklif edir.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bankla müvafiq turizm agentliyi ilə imzalanmış əməkdaşlığa əsasən, səyahət paketi üçün müraciət edən hər bir müştəri bankın plastik kartlarını bir-başa tur-agentlikdən sifariş edə bilər. Sifarişlər 3 kart növü – «Visa Gold», «Visa Platinium», «Visa İnfinity» üzrə qəbul olunur.
Plastik kartlara əlavə olaraq müştərilərə pulsuz imtiyazlar paketi də hədiyyə olunur. Əlavə məlumat almaq istəyənlər «Parabank»ın məlumat mərkəzi - 139 nömrəsinə müraciət edə bilər.
Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir.

Maliyyə
Mərkəzi Bankın strukturunda dəyişikliklər edilib
18:22
27 may 2024
Kapital Bank-ın dəstəyi ilə NDU-da “Cyber Bootcamp” layihəsi başa çatıb
17:35
27 may 2024
Hesablama Palatası: Yenidən baxılan büdcə layihəsi üzrə bəzi risklər var
17:16
27 may 2024
Hesablama Palatası: 2024-cü ildə büdcə kəsiri proqnozlaşdırılan məbləğdən az olacaq
16:59
27 may 2024