AMB-dən «APA-Economics»ə verilən məlumata görə, aprel ayında mərkəzləşdirilmiş kreditlər portfelində 63 mln. manatlıq və ya 2,9%-lik azalma baş verib:
Göründüyü kimi, mərkəzləşdirilmiş kreditlərin əsas artımı Azərbaycan bank sistemində likvidliyin aşağı düşməsi və xarici öhdəliklərin yerinə yetirilməsi üçün vəsait çatışmazlığının yaranması səbəbindən ölkənin bank sektorunda böhran ili kimi hesab olunan 2009-cu ildə müşahidə olunub.
Lakin sonrakı dövrdə Mərkəzi Bank tərəfindən banklara likvidlik dəstəyi azaldılmayıb və hələ də yüksək səviyyədə qalır. Beləliklə, Azərbaycan bank sektorunda likvidlik probleminin olmaması barədə bütün bəyanatlara baxmayaraq, bank sektorunun hələ də likvidlik dəstəyinə ehtiyacı var. Əks halda mərkəzləşdirilmiş kreditləşmədə ciddi azalma müşahidə olunardı.