Bank Of Baku

Sabah Bakıda beynəlxalq sığorta forumu işə başlayır

Sabah Bakıda beynəlxalq sığorta forumu işə başlayır
# 03 iyul 2012 08:34 (UTC +04:00)
Tədbirin əsas təşkilatçısı olan Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) «APA-Economics»ə verilən məlumata görə, forum regionda sığorta və təkrarsığorta bazarlarına həsr olunub və sözügedən regionun ən vacib tendensiya və perspektivlərini özündə əks etdirir.

İki yüzədək iştirakçının qatılacağı forumda təcrübə mübadiləsi və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədilə işgüzar görüşlərin keçirilməsi nəzərdə tutulur. Həmçinin, regionda sığorta və təkrarsığorta sahələrində potensial investisiya imkanları müzakirə ediləcək. Tədbirdə Qafqaz regionu, həmçinin Türkiyə, Mərkəzi Asiya, Avropa, Rusiya və MDB-nin sığorta, təkrarsığorta və broker şirkətlərinin yüksək struktur nümayəndələri iştirak edəcəklər.
Qeyd edək ki, forumun təşkilatçısı Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti, ASA və Rumıniyanın «Media XPRİMM» şirkətidir. APA İnformasiya Agentliyi isə forumun rəsmi media tərəfdaşıdır.

Beynəlxalq Sığorta Forumu 2009-cu ildən başlayaraq hər il Bakıda keçirilir. II Beynəlxalq Sığorta Forumu ötən il iyul ayının 7-8-də keçirilib. Forumda həyat və şəxsi sığorta xətləri – bazarın inkişafı üçün yeni stimullar, həmçinin həyat və bank işinin sığortası mövzusu müzakirə edilib.

Xatırladaq ki, ASA 2006-cı ilin dekabrında təsis olunub. Hazırda 28 sığorta şirkəti qurumun üzvdür. Sığorta təşkilatlarının ödədiyi illik üzvlük haqqı 5 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR