Bank Of Baku

«Kapital Bank» «Mobile Banking» xidmətinin tətbiqinə başlayıb

«Kapital Bank» «Mobile Banking» xidmətinin tətbiqinə başlayıb
# 03 iyul 2012 11:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kapital Bank» ASC «Mobile Banking» xidmətinin tətbiqinə başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Mobile Banking» xidməti vasitəsilə işıq, su və qaz pulunu ödəmək, mobil, ölkədaxili və beynəlxalq rabitədən, internet xidmətlərindən, kabel televiziyasından istifadəyə görə ödənişlər aparmaq olar.

Bu xidmətin imkanlarından faydalanmaqla «Kartdan Karta» xidmətindən istifadə etmək, bank hesabından çıxarışlar almaq da mümkündür.

«Mobile Banking» xidmətinə bankın filiallarına müraciət etməklə, yaxud www.kapitalbank.az saytında on-line ərizə doldurmaqla və ya bankomat vasitəsilə qoşulmaq olar.

Xatırladaq ki, «Kapital Bank» 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda «Paşa Holding» (97,5%) və bankın əmək kollektivi (2,5%) çıxış edir. Bankın ölkə üzrə 89 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR