Bank Of Baku

AYİB-in yeni prezidenti işə başlayıb

AYİB-in yeni prezidenti işə başlayıb
# 03 iyul 2012 11:30 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. İyulun 3-dən etibarən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) yeni prezidenti – Suma Çakrabarti vəzifəsinin icrasına başlayıb.

AYİB-in Londondakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, S.Çakrabarti 1991-ci ildə yaradılmış bankın 6-cı prezidentidir. O, bu vəzifədə banka 2008-ci ildən rəhbərlik etmiş Tomas Mirovu əvəz edir. Bu vaxtadək S.Çakrabarti Böyük Britaniyanın Ədliyyə Nazirliyində yüksək vəzifə tutub. O, AYİB-in prezidenti vəzifəsinə bankın mayın 18-də Direktorlar Şurası tərəfindən seçilib.

AYİB-in yeni prezidenti fəaliyyətə başladığı ilk gündə bildirib ki, onun əsas prioriteti son 21 il ərzində bankın əvvəlki rəhbərləri və əməkdaşları tərəfindən yaradılmış çox güclü fəaliyyət bünövrəsini inkişaf etdirməkdir.

«Yeni prezidentin rəhbərliyi ilə AYİB maliyyə böhranı şəraitində əməliyyatlar apardığı ölkələr üçün güclü tərəfdaş qalacaq, eləcə də ərəb demokratiyası ölkələrindəki iqtisadi tərəqqiyə dəstək verəcək», - deyə bankın məlumatında bildirilir.

Bank həmçinin düzgün bank prinsiplərinə və A reytinqinə uyğun şəkildə fəaliyyətini davam etdirəcək: «AYİB-in əsas məqsədi fəaliyyət göstərdiyi ölkələri dəyişdirməkdir. Biz insanların həyatını dəyişən investisiyaları davam etdirməliyik».

S.Çakradarti beynəlxalq inkişaf, iqtisadiyyat və siyasət sahəsində uzun təcrübəyə malikdir. Ədliyyə Nazirliyindən əvvəl o, Böyük Britaniyanın Beynəlxalq İnkişaf İdarəsinə rəhbərlik edib.

S.Çakrabarti Şərqi Avropa, keçmiş Sovet İttifaqı, Yaxın Şərq və Şimali Afrika iqtisadiyyatları sahəsində də çalışıb. O, Britaniyanın 1990-cı ildə təsis etdiyi Mərkəzi və Şərqi Avropa üzrə «Know-How» Fondunun işində mühüm rol oynayıb, eləcə də fondun fəaliyyətinin Yaxın Şərq və Şimali Afrikaya genişləndirilməsi sahəsində çalışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR