Bank Of Baku

«Texnikabank» rüblük mənfəətini kəskin artırır

«Texnikabank» rüblük mənfəətini kəskin artırır
# 03 iyul 2012 13:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Texnikabank» ASC-nin əsas maliyyə göstəriciləri üzrə iyun ayının nəticələrinə görə ciddi artım müşahidə olunub. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, təkcə ötən ay ərzində bank 1200 yeni müştəri cəlb edib.

Bununla yanaşı, bu müddət ərzində bankın fiziki şəxslər üzrə depozitləri 0,6% və ya 0,6 mln. manat artaraq 106,6 mln. manata, hüquqi şəxslərin depozitləri isə 2,3% və ya 1,5 mln. manat artaraq 62,8 mln. manata çatıb.

Hesabatda bildirilir ki, təkcə son bir ay ərzində müştərilər üzrə ümumi dövriyyənin həcmi 48% artaraq 102,1 mln. manat təşkil edib. Cari ilin II rübü ərzində bankda 67 mln. manatdan artıq həcmdə ehtiyatlar yaradılıb.

Qeyd edək ki, cari ilin aprel-iyun aylarında bankın reallaşdırılmış xalis faiz gəlirləri 5,5 mln. manat, I rübdə isə 2,1 mln. manat təşkil edib. Həmçinin, bankın son üçaylıq xalis komissiya gəlirləri 2,8 mln. manat olub ki, bu da cari ilin I rübü ilə müqayisədə (1 mln. manat) 56% çoxdur.

Bankın Müşahidə Şurasının sədri Rövşən İsmayılovun sözlərinə görə, aktivlərin keyfiyyəti və resursların maya dəyəri üzrə həyata keçirilmiş işlər nəticəsində bankın faiz marjası 3 dəfədən çox artıb. «Bu, banka 2012-ci ilin III rübündən etibarən rüblük mənfəəti minimum 2,5 mln. manatlıq həddə çatdırmağa imkan verəcək», - deyə R.İsmayılov qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR