Bank Of Baku

Azərbaycanda tikintiyə ayrılan kreditlərin həcmi 1,7 dəfə artıb

Azərbaycanda tikintiyə ayrılan kreditlərin həcmi 1,7 dəfə artıb
# 03 iyul 2012 13:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən daşınmaz əmlakın tikintisi və alınmasına (ipoteka krediti daxil olmaqla) verilən kreditlərin ümumi həcmi 2012-ci il mayın 1-nə 633,2 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici ötən ilin mayın 1-nə nisbətən 254,4 mln. manat və ya 67,2% çoxdur.

Eyni zamanda, bu ilin əvvəlindən tikintiyə və tikililərin alınmasına verilən kreditlərin həcmi 57,4 mln. manat və ya 10,0% artıb.

Bu kreditlərin bankların məcmu kredit portfelində xüsusi çəkisi 6,1% təşkil edir ki, bu da illik müqayisədə 1,7 faiz bəndi və ya 38,6% çoxdur.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-aprel ayları ərzində ölkədə mənzil tikintisinə 267 mln. manat yönəldilib. Göründüyü kimi, bunun yalnız 57,4 mln. manatı və ya 21,5%-i bank kreditlərinin payına düşür. Hətta burada iki düzəlişi qeyd etmək lazımdır. İlk növbədə nəzərə alınmalıdır ki, göstərilən 57,4 mln. manata həmçinin tikililərin alınmasına ayrılan vəsaitlər də daxildir. Bundan başqa, tikinti sektoru üzrə kredit portfelinin artımı heç də verilən kreditlərin həcmini ifadə etmir, çünki bu məbləğdən qaytarılan vəsaitlər çıxılmalıdır. Bu səbəbdən bu ilin 4 ayı ərzində daşınmaz əmlakın tikintisinə yönəldilən vəsaitlərin dəqiq həcmini hesablamaq mümkün deyil, lakin istənilən halda o, Statistika Komitəsi tərəfindən göstərilən həcmdən dəfələrlə aşağıdır. Bu amil ölkədə tikintinin cəlb olunan vəsaitlər deyil, daha çox öz vəsaitləri hesabına və gələcək sahiblərdən alınan vəsaitlər hesabına aparıldığını göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR