Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondunun 2012-ci il büdcəsinə dəyişikliklər edilib

Azərbaycan Dövlət Neft Fondunun 2012-ci il büdcəsinə dəyişikliklər edilib
# 04 iyul 2012 07:12 (UTC +04:00)
Fondan «APA-Economics»ə verilən məlumata görə, fərmana uyğun olaraq, cari ildə xam neftin qiymətlərinin yüksək səviyyədə qalması şəraitində karbohidrogen ehtiyatlarının istismarı ilə əlaqədar hasilatın pay bölgüsü barədə sazişlərdən Azərbaycan dövlətinə əlavə gəlirlərin daxil olacağını nəzərə alaraq, habelə Azərbaycanın 2012-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə əlaqədar ARDNF-in 2012-ci il üçün büdcə gəlirlərinin dəqiqləşdirilməsi məqsədilə Fondun 2012-ci il büdcəsində Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər ilə bağlı gəlir maddəsi 10 365,432 mln. manatdan 13 388,644 mln. manata qədər, gəlirlərin ümumi həcmi 10 697,031 mln. manatdan 13 721,815 mln. manata qədər artırılıb. Neft-qaz sazişlərinin imzalanması və icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonuslarla bağlı isə 1 572,6 min manat məbləğində gəlir maddəsi əlavə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR