«Paşa Bank» internet bank xidmətlərinin tətbiqinə başlayıb
22 avqust 2012 14:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Bank» ASC internet bank xidmətlərinin tətbiqinə başlayıb. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu xidmətin köməyi ilə müştəri istənilən məsafədən hesablarının idarə edilməsinə, ödənişlərin yerinə yetirilməsinə və əvvəllər sadəcə bankın ofisində həyata keçirilə bilən bir sıra digər əməliyyatlara çıxış əldə edir.
Müştərinin daxil etdiyi məlumatlar, o cümlədən elektron əməliyyatlar internet bank xidmətindən istifadə zamanı müştəriyə tam təhlükəsizlik təmin edən müasir sertifikatlaşdırılmış proqram təminatları ilə qorunur.
Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Bank» 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin aprelin 1-nə bankın 160 işçisi, 2 şöbəsi, 10 bankomatı və 3734 aktiv plastik kartı olub.

Maliyyə
ABB Naxçıvan filialını yeniləyib
16:11
24 may 2024
İşsizlikdən sığorta fondunda sığorta haqları üzrə artım investisiyaya yönəldiləcək
14:36
24 may 2024
İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsinə dəyişikliklərin səbəbi məlum olub
14:01
24 may 2024
DSMF-nin büdcəsinə dəyişikliyin səbəbləri açıqlanıb
14:01
24 may 2024