Bank Of Baku

11 ayda büdcədə 487 mln. manata yaxın profisit yaranıb

11 ayda büdcədə 487 mln. manata yaxın profisit yaranıb
# 15 dekabr 2023 13:29 (UTC +04:00)

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 2,3% azalaraq 29 milyard 642 milyon manat təşkil edib.

"APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin ilk 10 ayında büdcənin xərcləri isə 12,2% artaraq 29 milyard 155,2 milyon manata yüksəlib.

Nəticədə büdcə profisiti 486,8 milyon manata bərabər olub.

Qeyd edək ki, 10 aylıq göstərici üzrə büdcədə 217,8 milyon manat kəsir yaranmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR