11 ayda nəzarət-kassa aparatları ilə dövriyyə 20 mlrd. manata yaxınlaşıb

11 ayda nəzarət-kassa aparatları ilə dövriyyə 20 mlrd. manata yaxınlaşıb
# 11 dekabr 2023 10:32 (UTC +04:00)

Dövlət Vergi Xidməti tərəfindən indiyədək ölkə ərazisində 94.818 ədəd yeni nəsil nəzarət-kassa aparatları (NKA) quraşdırılıb.

Bu barədə “APA-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinə istinadən xəbər verir.

Qeyd edək ki, 2023-cü ilin yanvar-noyabr ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 19 milyard 771,4 milyon manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 milyard manat, yaxud 14% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR