Bu ilin yanvar-oktyabr aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatları 553,3 mln. manat xərcləyib.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 32,8% və ya 139,3 mln. manat artıb. Təkcə oktyabr ayında isə əhaliyə 55,1 mln. manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb ki, bu da sentyabr ayı ilə müqayisədə 6% azdır.
Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 1,7%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz bəndi çoxdur.