Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil benzini və dizel yanacağından əldə etdiyi gəlir 1,502 mlrd. manat təşkil edib.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu rəqəm ötən ilin analoji dövrü ilə müqayisədə 0,9% azdır.
Təkcə ötən ay əhali 171,2 mln. manat avtomobil yanacağının alışına xərcləyib ki, bu da avqust ayı ilə müqayisədə 4,4% azdır.
Qeyd edək ki, yanvar-sentyabr aylarında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 5,3%-i avtomobil yanacağının alınmasına sərf olunub.