Azərbaycanın "MyBroker" və Türkiyənin "Worldef" şirkətləri arasında Azərbaycanda elektron ticarətin (e-ticarət) inkişafına dair birgə memorandum imzalanıb.
"APA-Economics"in məlumatına görə, imzalanma Bakıda keçirilən "World E-Commerce Eurasia – 2019" forumu çərçivəsində imzalanıb. Sənədi "MyBroker" şirkətinin təsisçisi Rəşad Əliyev və "Worldef" şirkətinin nümayəndəsi Ömər Nard imzalayıblar.
İmzalanan sənədə uyğun olaraq, tərəflər arasında gələcəkdə birgə forumların təşkili, bu sahədə təlimlərin, seminarların, vebinarların təşkil nəticəsində praktik tətbiq imkanlarının yaradılması üzrə işlər aparılacaq.