Bank Of Baku

Azərbaycanda banklardan kənarda nağd pul kütləsi son bir ildə 22% artıb

Azərbaycanda banklardan kənarda nağd pul kütləsi son bir ildə 22% artıb
# 02 dekabr 2019 14:17 (UTC +04:00)

Bu ilin noyabrın 1-nə Azərbaycanda banklardan kənarda nağd pul kütləsi (M0 aqreqatı) 8 693,8 mln. manat təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, bu, oktyabrın 1-i ilə müqayisədə 115,1 mln. manat və ya 1,3% çoxdur. Ötən ilin eyni dövrü ilə müqayisədə isə M0 aqreqatında 1 571,1 mln. manat və yaxud 22% artım qeydə alınıb.

Qeyd edək ki, ölkədə nağd pul kütləsinin maksimal həddi 2014-cü il iyul ayında qeydə alınıb və 10 508,9 mln. manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR