Bank Of Baku

Azərbaycanda kommersiya banklarının xarici öhdəlikləri artıb

Azərbaycanda kommersiya banklarının xarici öhdəlikləri artıb
# 02 dekabr 2019 12:20 (UTC +04:00)

Bu il noyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin ümumi həcmi 1 607,2 mln. manat təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, bu, oktyabrın 1-nə olan göstərici ilə müqayisədə 127,1 mln. manat və ya 8,6% çoxdur. Ötən ilin eyni dövrü ilə müqayisədə isə kommersiya banklarının xarici öhdəlikləri 325,4 mln. manat və ya 16,8% azalıb.

Qeyd edək ki, kommersiya banklarının xarici öhdəliklərinin rekord həddi 2017-ci il fevralın 1-də qeydə alınıb və 8 071,7 mln. manata bərabər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR