Azərbaycanda könüllü tibbi sığorta bazarı 7% artıb

Azərbaycanda könüllü tibbi sığorta bazarı 7%  artıb
# 25 dekabr 2020 16:45 (UTC +04:00)

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən könüllü tibbi sığorta üzrə 90 889,6 min manat sığorta haqqı toplanıb.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, tibbi sığorta üzrə yığımlar ötən ilin eyni dövrünə nisbətən 7,1% artıb.

Eyni zamanda, şirkətlər tərəfindən hesabat dövründə 54 254,1 min manat həcmində ödəniş həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,5% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR