Bank Of Baku

Azərbaycanda ötən ay 8,5 min vergi ödəyicisi qeydiyyata alınıb

Azərbaycanda ötən ay 8,5 min vergi ödəyicisi qeydiyyata alınıb
# 17 dekabr 2019 12:05 (UTC +04:00)

Bu ilin noyabr ayında Azərbaycanda 8 514 vergi ödəyicisi qeydiyyata alınıb.

APA-Economics”in “Vergilər” qəzetinə istinadən verdiyi xəbərə görə, noyabr ayında qeydiyyata alınan vergi ödəyicilərinin sayında oktyabr ayı ilə müqayisədə 18,7% azalma qeydə alınıb.

Bu ilin noyabr ayında qeydiyyata alınan vergi ödəyicilərinin 1 339 nəfərini hüquqi, 7 175 nəfəri fiziki şəxslər təşkil edib.

Məlumata əsasən, hesabat ayında 9 993 vergi ödəyicisi fəaliyyətini bərpa edib.

Qeyd edək ki, bu ilin oktyabr ayında 1 410-u hüquqi, 9 061-i fiziki şəxs olmaqla 10 471 vergi ödəyicisi qeydiyyata alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR