Bank Of Baku

Azərbaycanda pul kütləsi son bir ildə 20% artıb

Azərbaycanda pul kütləsi son bir ildə 20% artıb
# 30 yanvar 2020 15:45 (UTC +04:00)

Bu il yanvarın 1-nə Azərbaycanda geniş pul kütləsinin həcmi 28 866,3 mln. manat təşkil edib ki, bu da əvvəlki aya nisbətən 2 124,1 mln. manat və ya 7,9% çoxdur.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, bu göstərici illik ifadədə 4 805,9 mln. manat və ya 20% artıb.

2020-ci ilin yanvarın 1-nə manatla geniş pul kütləsinin həcmi 18 238,6 mln. manat təşkil edib ki, bu göstərici son bir ayda 1 575,2 mln. manat və ya 9,4%, son bir ildə isə 3 594,9 mln. manat və ya 24,6% artıb.

Qeyd edək ki, pul kütləsi ölkədə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR