Bank Of Baku

Azərbaycanın builki xarici dövlət borcu ÜDM-in 19,6%-nə bərabər olacaq - PROQNOZ

Azərbaycanın builki xarici dövlət borcu ÜDM-in 19,6%-nə bərabər olacaq - PROQNOZ
# 07 oktyabr 2020 12:41 (UTC +04:00)

Dünya Bankı bu il Azərbaycanın xarici dövlət borcunun ÜDM-ə nisbətinin 19,6% təşkil edəcəyini proqnozlaşdırır.

"APA-Economics"in məlumatına görə, bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə dərc etdiyi yenilənmiş hesabatında deyilir.

Hesabatda bildirilir ki, 2021-ci ildə bu göstəricinin 20%-ə, 2022-ci ildə isə 20,6%-ə çatacağı gözlənilir.

Xatırladaq ki, 2020-ci ilin yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 9,091 mlrd. ABŞ dollarına və ya ÜDM-in 18,9%-nə bərabər olub.

Dünya Bankı 2020-ci ildə Azərbaycan iqtisadiyyatının 4,2% azalacağını, 2021-ci ildə 1,9%, 2022-ci ildə isə 2,8% artacağını proqnozlaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR