Bank Of Baku

Azərbaycanın xarici kreditlər üzrə faiz ödənişi 15% artıb

Azərbaycanın xarici kreditlər üzrə faiz ödənişi 15% artıb
# 19 dekabr 2019 14:05 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan xarici kreditlərdən istifadəyə görə 331,9 mln. ABŞ dolları məbləğində faiz ödənişi həyata keçirib.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankının 2019-cu ilin ilk doqquz ayı üzrə Tədiyə Balansının əsas göstəricilərinə istinadən xəbər verir.

İlkin gəlirlər balansı üzrə məlumata əsasən, bu kateqoriyadan olan faiz ödənişlərinin həcmində ötən ilin eyni dövrü ilə müqayisədə 14,6% artım qeydə alınıb.

 

Həmçinin hesabat dövründə qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər illik müqayisədə 0,5% azalaraq 356,1 mln. ABŞ dolları təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR