Bank Of Baku

BFB-də AMB-nin 100 mln. manatlıq qısamüddətli notları yerləşdirilib

BFB-də AMB-nin 100 mln. manatlıq qısamüddətli notları yerləşdirilib
# 18 dekabr 2019 16:53 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50103876S 100 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 15 investor tərəfindən qiyməti 99,5543 AZN (5,76%) olan 22 sifariş təqdim edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 779 089 000 AZN olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,5543 AZN (5,76%), orta ölçülmüş qiyməti isə 99,5543 AZN (5,76%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 mln. AZN təşkil edib.

Notların ödəmə tarixi 16 yanvar 2020-ci ildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR