Bank Of Baku

BFB-də Maliyyə Nazirliyinin 10 mln. manatlıq istiqrazları yerləşdirilib

BFB-də Maliyyə Nazirliyinin 10 mln. manatlıq istiqrazları yerləşdirilib
# 24 dekabr 2019 17:20 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin AZ0106024752 ISIN-li, 10 mln. manatlıq, 1 092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, hərrac zamanı 11 investor tərəfindən qiymət intervalı  97,4417 AZN (9,5%) və 102,6428 AZN (7,4999%) olan 19 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 101.8408 (7,7999%) orta ölçülmüş qiyməti 102,0495 (7,7216%)müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 40 912,900 manat yerləşdirilmiş həcmi isə 10 mln. manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 2022-ci ilin dekabrın 20-dir.

Hərrac iştirakçıları 25 dekabr 2019-cu il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR