Bank Of Baku

BFB-də Maliyyə Nazirliyinin 30 mln. manatlıq istiqrazları yerləşdirilib

BFB-də Maliyyə Nazirliyinin 30 mln. manatlıq istiqrazları yerləşdirilib
# 16 dekabr 2020 16:41 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin AZ0104001844 ISIN-li, 30 mln. manatlıq, 364 gün tədavül müddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 88,6 milyon manat təşkil edib.

Maliyyə Nazirliyi tərəfindən 30 mln. manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 94,4032 manat (gəlirlilik 5,9612%) səviyyəsində müəyyən edilib.

İstiqrazların ödəmə müddəti 14 dekabr 2021-ci ildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR