Bank Of Baku

BVF Azərbaycanın icmal büdcəsinin 2020-2025-ci illər üzrə proqnozunu açıqlayıb - CƏDVƏL

BVF Azərbaycanın icmal büdcəsinin 2020-2025-ci illər üzrə proqnozunu açıqlayıb - CƏDVƏL
# 14 oktyabr 2020 17:33 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondu (BVF) bu ilin yekunlarına əsasən Azərbaycanın icmal büdcəsinin kəsirinin ÜDM-ə nisbətinin 5,4% təşkil edəcəyini proqnozlaşdırır.

"APA-Economics"in məlumatına görə, bu barədə BVF-nin "Fiscal Monitor" adlı hesabatının oktyabr buraxılışında deyilir.

Fond bildirir ki, kəsirin gələn il daralaraq ÜDM-in 4,9%-nə bərabər olacağı gözlənilir.

BVF-yə görə, bu il icmal büdcənin gəlirləri ÜDM-in 36%-ni, gələn il isə azalaraq 35,6%-ni təşkil edəcək. Xərclərə gəldikdə, Fondun proqnozlarına görə, Azərbaycanın icmal büdcəsinin gəlirlərinin ÜDM-ə nisbətinin 2020-ci ildə 42,3%, gələn isə 41,4%-ə bərabər olacaq.

Xatırladaq ki, ötən il icmal büdcənin profisiti 7,343 mlrd. manat olub. Bu, ÜDM-in 9%-ni təşkil edib.

BVF-nin 2020-2025-ci illəri əhatə edən Azərbaycanın icmal büdcəsi üzrə proqnozu:

İcmal büdcə

2020-ci il

2021-ci il

2022-ci il

2023-cü il

2024-cü il

2025-ci il

Gəlirlər, ÜDM-in %

36,0

35,6

35,5

34,9

34,1

33,2

Xərclər, ÜDM-in %

42,3

41,4

40,7

39,9

39,0

38,3

Balans, ÜDM-in %

-5,4

-4,9

-4,4

-4,3

-4,2

-4,6

Qeyd edək ki, proqnoz hazırda ölkədə mövcud olan maliyyə siyasətinin qiymətləndirilməsinə əsaslanır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR