Bu ilin yanvar-noyabr aylarında Bakının ictimai iaşə dövriyyəsi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,5% artaraq 966,6 mln. manat təşkil edib.
"APA-Economics"in Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 45,6%-i hüquqi şəxs statuslu müəssisələrin, 54,4%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb. Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2018-ci ilin eyni dövrü ilə müqayisədə 4,6% artaraq 441 mln. manat təşkil edib.