Dünya Bankı (DB) bu il Azərbaycanın icmal büdcəsinin kəsirinin ÜDM-ə nisbətinin 7,5% təşkil edəcəyini proqnozlaşdırır.
"APA-Economics"in məlumatına görə, bu barədə DB-nın Avropa və Mərkəzi Asiya üzrə dərc etdiyi yenilənmiş hesabatında deyilir.
Hesabatda qeyd olunub ki, 2021-ci ildə kəsir azalacaq və ÜDM-in 3,4%-nə bərabər olacaq. Bankın uzunmüddətli proqnozuna əsasən, ölkənin icmal büdcəsi 2022-ci ildə profisitə qayıdacaq və ÜDM-in 1,7%-nə təşkil edəcək.
Qeyd edək ki, "Fitch Ratings" beynəlxalq reytinq agentliyi bu il Azərbaycanın icmal büdcəsinin kəsirinin ÜDM-ə nisbətinin 6,8% təşkil edəcəyini proqnozlaşdırır.
Xatırladaq ki, ötən il icmal büdcənin profisiti 7,343 mlrd. manat təşkil edib. Bu da ÜDM-in 9%-nə bərabər idi.