Bank Of Baku

Dövlət Vergi Xidmətinin xətti ilə büdcə daxilolmaları gələn il 7,2 mlrd. manatdan çox olacaq

Dövlət Vergi Xidmətinin xətti ilə büdcə daxilolmaları gələn il 7,2 mlrd. manatdan çox olacaq
# 21 dekabr 2020 15:24 (UTC +04:00)

2021-ci ildə Azərbaycan Dövlət Vergi Xidmətinin xətti ilə proqnozlaşdırılan büdcə daxilolmalarının məbləği 2020-ci ili gözlənilən göstərici ilə müqayisədə 0,8% artaraq 7,25 mlrd. manata çatacağı proqnozlaşdırılır.

APA-Economics”in məlumatına görə, bu barədə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində deyilir.

Bu il proqnozlaşdırılan daxil olmaların məbləği 7,19 mlrd. manat həcmində nəzərdə tutulur.

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin xətti ilə 2021-ci il üzrə dövlət  büdcəsinə proqnozlaşdırılan daxilolmaların 78,3%-i və ya 5,67 mlrd. manatı qeyri-neft sektorunun,  21,7%-i və ya 1,58 mlrd. manatı neft sektorunun payına düşəcəyi güman edilir. 2020-ci ildə isə bu göstəricilərin müvafiq olaraq 5,4 mlrd. manat (75,1%) və 1,8 mlrd. manata (24,9%) bərabər olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR