2020-ci ildə Gürcüstan iqtisadiyyatı 6% kiçiləcək.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə sərmayə bankçılığı və investisiya idarəetməsi şirkəti “Galt&Taggart”ın yenilənmiş proqnozunda deyilir.
Bildirilib ki, növbəti ildə ölkə iqtisadiyyatının 5-5,5%-dək böyüməsi gözlənilir. Şirkət daha əvvəl cari ildə Gürcüstanın ÜDM-nin 5,5% azalacağını proqnozlaşdırırdı. 2021-ci ildə turizm sektorunun isə təxminən 50% bərpa olunacağı gözlənilir.
Qeyd edək ki, Gürcüstan Milli Statistika İdarəsinin hesabatına əsasən, 2020-ci ilin ilk 10 ayı ərzində ölkə iqtisadiyyatı orta hesabla 5,1% azalıb.