Bank Of Baku

Naxçıvan üzrə sahibkarların kreditləşməsi kəskin artıb

Naxçıvan üzrə sahibkarların kreditləşməsi kəskin artıb
# 30 yanvar 2020 14:00 (UTC +04:00)

2019-cu ildə Naxçıvan Muxtar Respublikasında sahibkarlara 29 mln. manatdan çox kredit verilib ki, bu da 2018-ci ilin müvafiq dövrün göstəricidən 2,1 dəfə çoxdur.

"APA-Econonics"in Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, verilən kreditin 12,13 mln. manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 16,88 mln. manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunub. Bu dövrdə 39 hüquqi və 3 599 fiziki şəxs qeydiyyata alınıb.

Qeyd edək ki, hazırda muxtar respublikada 383 növdə məhsul istehsal olunur. Bu məhsulların 126-sı ərzaq, 257-si qeyri-ərzaq məhsullarıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR