Bank Of Baku

Naxçıvanda kreditləşmənin həcmi ötən il kəskin artıb

Naxçıvanda kreditləşmənin həcmi ötən il kəskin artıb
# 30 yanvar 2020 14:38 (UTC +04:00)

2019-cu ildə Naxçıvan Muxtar Respublikasının bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 143,18 mln. manatdan çox kredit verilib ki, bu da bir il öncəki göstəricidən 2,8 dəfə çoxdur.

"APA-Econonics"in Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, verilən kreditlərin 14,76 mln. manatdan çoxu və yaxud 10,3%-i qısamüddətli, 128,41 mln. manatdan çoxu və yaxud 89,7%-i uzunmüddətli kreditlər olub.

1 yanvar 2020-ci il tarixə Naxçıvan Muxtar Respublikanın banklarında açılan bank hesablarının sayı 84936-ya çatıb ki, bunun da 74781-i və ya 88% aktiv hesablardır. ötən ildə açılan 28767 bank hesabının 28631-i aktiv hesablar olub.

1 yanvar 2020-ci il tarixə muxtar respublikada quraşdırılan POS-terminalların sayı 1 278-ə çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR