"Manatın məzənnəsi ilə bağlı hər hansı dəyişiklik yoxdur".
Bunu APA-ya açıqlamasında Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, məzənnə hazırda 1,70 manat kimi götürülür və bütün hesablamalar da bu məzənnə üzərində qurulub: "COVID-19 pandemiyası fonunda manatın dollara qarşı sərt bağlılığı daha yumşaq bağlılıqla əvəz olunması müzakirə mövzusu deyil".