Bu ilin noyabr ayında Türkiyənin istehlak qiymətləri və xidmət tarifləri ötən ilin analoji ayı ilə müqayisədə 10,56% artıb.
Bu barədə "APA-Economics" "Reuters"a istinadən xəbər verir.
Cari ilin oktyabr ayı ilə müqayisədə isə qiymət və tariflər 0,7% artıb. İstehsal qiymətləri indeksi oktyabr ayı ilə müqayisədə 0,08% azalsa da, illik müqayisədə 4,26%-lik artım qeydə alınıb.